Abonentlərin sayğacla təminat faizi yüksəlib
İQTİSADİYYAT

Abonentlərin sayğacla təminat faizi yüksəlib

Son bir il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,4 faiz artıb. 01 aprel  2023- il tarixinə ölkə üzrə 1767898 abonent içməli su təchizatı tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1697983-ü ya 96 faizi əhali, 69915-i ya 4 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq cərimə edilməsi hesabına baş verib.

01 aprel 2023- il tarixinə "Azərsu" ASC abonentlərinin 88,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,7, qeyri-əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.

"Respublika".