ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Ravvin Mark Şnayerdən
Məktublar

ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Ravvin Mark Şnayerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev!

Sizi və Azərbaycan Respublikasının sevimli xalqını hörmətli atanızın, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi Zati-aliləri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən ehtiramla anılır, çünki o, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, onu inkişaf yoluna çıxarmışdır. Prezidentliyi dövründə o, mədəniyyətə və təhsilə, o cümlədən beynəlxalq əməkdaşlığın təşviqinə böyük önəm vermişdir.

Bu əlamətdar günlər atanızın xatirəsini yad etmək və onun yolu ilə gedərək qazandığınız nailiyyətlərə nəzər yetirmək üçün gözəl fürsətdir. Azərbaycanın müdrik lideri kimi, Siz atanızın uğurlarını artıraraq ölkənizi tolerantlığın, beynəlxalq ictimaiyyət tərəfindən dinlərarası əməkdaşlığın yüksək ehtiram göstərildiyi mərkəzə çevirmisiniz.

İsrail ilə Azərbaycan arasında güclü münasibətlərin əsasını Sizin atanız qoymuşdur. Bu il Siz onun müdrik siyasətini davam etdirərək Təl-Əvivdə səfirlik açdınız.

Bütün bu nailiyyətlərə görə Sizi ürəkdən təbrik edir, dost Azərbaycana davamlı uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Ravvin Mark Şnayer

ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti