ADA-nın
Elm və təhsil

ADA-nın "Capstone" adlı elmi-praktiki tədqiqat layihəsi çərçivəsində MEDİA-da görüş keçirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində magistr və bakalavr dərəcələri üzrə yuxarı kurs tələbələri üçün təşkil edilən "Capstone" adlı elmi-praktiki tədqiqat layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə tələbələr arasında görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tələbələrlə elmi və praktiki tədqiqat mövzusu təyin edilib və bu istiqamətdə müzakirələr aparılıb.

Qeyd edək ki, "Capstone" adlı elmi-praktiki tədqiqat layihəsi həm bakalavr, həm də magistr tələbələri üçün nəzərdə tutulmuş yekun buraxılış işidir. Bu tədqiqat layihəsi 1 semestr, yəni, 4 ay müddətində davam edəcək. Tələbələrlə əvvəlcədən təyin edilmiş cədvəl üzrə Medianın İnkişafı Agentliyində mütəmadi görüşlər keçiriləcək.

Yekunda tələbələr tədqiq etdikləri mövzu üzrə buraxılış yazı işini hazırlayıb onun təqdimatını keçirəcəklər.

AZƏRTAC