ADA Universitetində 9-cu Bahar Gənclik Festivalı
Elm və təhsil

ADA Universitetində 9-cu Bahar Gənclik Festivalı

Dünən ADA Universiteti Fondunun (Azərbaycan) "Coca-Cola" şirkətinin birgə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsində 9-cu Bahar Gənclik Festivalı keçirilib.

ADA Universitetinin ənənəvi yaz tədbiri sayılan bu festival çərçivəsində bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib.

ADA Universitetinin yerli xarici tələbələrini, professor-müəllim işçi heyətini, həmçinin tərəfdaş qurumların nümayəndələrini bir araya gətirən festivalda iştirak edənlər yazın gəlişini qeyd ediblər.

Xalq artisti Röya Ayxan dicey Çinanın iştirakı ilə keçirilən sözügedən yaz tədbiri, həmçinin ADA tələbələrinin əməkdaşlarının qoşulduğu əyləncəli "Ən yaxşı xonça" müsabiqəsi ilə yadda qalıb.

Müsabiqədə qalib gələn iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

ADA Universitetinin işçi heyətindən ibarət rəqs musiqi qrupunun ifaları bu günü daha da əyləncəli edib. Habelə festival ərazisində təşkil edilən Novruz bayramının qədim adət-ənənələrindən irəli gələn fərqli rituallarda iştirak isə qonaqların marağına səbəb olub.

Qeyd edək ki, ADA Universitetinin ənənəvi yaz tədbiri olan Bahar Gənclik Festivalı təbiətin oyanışını, eləcə milli-mənəvi dəyərlərimizi icma ruhunu əks etdirir. Bu festival, həmçinin Universitetlə özəl sektorun tərəfdaşlığının uğurlu nümunəsidir.

Ü.QARAYEV,

Respublika”.