Digər xəbərlər

"Aeronautics" şirkəti ilə MSN arasında PUA-ların birgə istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib

Fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransının ikinci günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin İsrail Dövlətinin "Aeronautics" şirkətinin rəhbəri Moshe Elazar ilə görüşü olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində "Aeronautics" şirkəti ilə MSN arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Mədət Quliyev daha sonra Mərakeş Krallığının müdafiə naziri Abdeltif Loudyi ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

"İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı işini fevralın 24-dək davam etdirəcək.