Ağacəkmə aksiyası
Region

Ağacəkmə aksiyası

Şirvan şəhərində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində şəhərin Hacıqəhrəmanlı qəsəbəsində və Köhnə şəhər massivinin Şirin Şükürov küçəsində ümumilikdə 1000 ağac olmaqla, 500 ədəd zeytun, 250 ədəd oleandr, 150 ədəd sərv və 100 ədəd eldar şamı əkilib, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyada iştirak edənlər şəhər ərazisində yaşıllıq zolaqlarını genişləndirməklə sakinlərin səmərəli istirahətini  təmin etmək və şəhərin ekoloji görkəmini yaxşılaşdırmaq məqsədilə belə aksiyaların mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tofiq HÜSEYN,

"Respublika".