Ağacəkmə aksiyası:
Ekologiya

 Ağacəkmə aksiyası: "Azərsu" ASC

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin  ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar "Azərsu" ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyaları davam etdirilir.

"+ 82 Masazır" su anbarı  ərazisində təşkil olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun şam ağacları əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin kollektivi fəal iştirak edib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

"Respublika".