Ağbaba, Arpa çayı əzəli sahiblərini gözləyir
Digər xəbərlər

Ağbaba, Arpa çayı əzəli sahiblərini gözləyir

Ukrayna

Vətən müharibəsində parlaq qələbə qazanaraq Qarabağa Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa etmək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24- Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirdi ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi Azərbaycandakı soydaşlarımız öz tarixi torpaqlarına qovuşacaqlar: "Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqlarınəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Bəli, tarixi mənbələrdən aydın göründüyü kimi, son bir əsrdə erməni vandalları Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolayın fərmanı ilə İrəvan xanlığı Qərbi azərbaycanlıların yaşadığı digər ərazilərdə "erməni vilayəti" yaradıldı. Vilayətin tərkibində həmin dövrdə azərbaycanlılar çoxluq təşkil edirdi. Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi prosesinə başlanıldı. Məqsəd həmin ərazilərdə yaşayan yerli azərbaycanlıları ata-baba torpaqlarından çıxarmaq idi. Həmin dövrdə daşnaklar "Qncaq", "Daşnaksütyun", "Erməni Vətənpərvərlər İttifaqı" təşkilatlarını yaratdılar.

Məkrli planlarını həyata keçirən ermənilər 1918-1920-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımları törətdilər. "Azərbaycanlılarsız Ermənistan" siyasətinin həyata keçirilməsi nəticəsində aborigen əhali olan soydaşlarımız mərhələlərlə doğma torpaqlarından zorla qovuldular.

Mən əslən Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonundanam. O qədim yurd yerlərinin hər qarışı mənim üçün doğmadır. Necə deyərlər, Amasiya mənim Məkkəm, Mədinəmdir.

Amasiya rayonu 1930-cu il sentyabrın 9-da Ermənistan Respublikasının şimal-qərbində inzibati rayon kimi yaradılmışdır.

Əvvəllər Amasiyanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Sonralar isə hayların bu əraziyə köçürülməsinə başlanılıb. 1918-1920-ci illərdə Amasiyadakı azərbaycanlılar erməni daşnaklarının hücumuna məruz qalıb xeyli itki verib. Onların bir qismi doğma torpaqlarından ayrılaraq Türkiyə digər ərazilərə üz tutublar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra amasiyalı qaçqınların bir hissəsi doğma yurdlarına qayıdıblar.

Son iki əsrdə Qərbi Azərbaycanda məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində soydaşlarımız ağır məhrumiyyətlərə, milli faciə məşəqqətlərə məruz qalmışlar.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr, 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953- illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə zorakılıqla sürgün olunmuşdur. Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə odövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

1988-ci ildə SSRİ-nin ilk sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun yenidənqurma aşkarlıq avantürasından istifadə edən faşist xislətli ermənilər Qarabağın etnik dövlət siyasətini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə azərbaycanlıların yaşadıqları kəndləri dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Quqark faciəsi, Basarkeçərdə, Masisdə, Kalininoda, Qacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisiyanda, Amasiyada, Allahverdidə törədilən qırğınlar nəticəsində 300 min soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur qaldılar. 1948-1953- illərin hadisələri təkrar olundu. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildilər. Ermənistan isə təkmillətli respublikaya çevrildi. Daşnakların "Azərbaycansız Ermənistan" ideyası həyata keçirildi. 1988-ci ildə şovinist "miatsum" hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı.

Qərbi azərbaycanlılar doğma torpaqlarına qovuşmaq inamını itirməmişlər. İndi strateji hədəf İrəvana, Amasiyaya, Göyçə mahalına, Zəngəzura, Dərələyəzə, Zəngibasara digər ərazilərə qayıtmaqdır. Mən ailə üzvlərimlə 35 il həsrətində olduğum Amasiya rayonuna, Arpa çayının nəğməli sahillərinə qayıtmağı səbirsizliklə gözləyirəm!

Qoşqar MUXTAROV,

Dnepropetrovski vilayətinin deputatı.