Ağdam ağ günlərimizə,  arzularımıza ayna tutacaq
Siyasət

Ağdam ağ günlərimizə,  arzularımıza ayna tutacaq

Vaxtilə Ağdam təbiətin yaratdığı canlı muzeyi xatırladırdı, çünki bu qədim diyarın hər daşının altında bir tarix yatır, burada zəngin yataqlar var, ərazisindən üç çay keçir, zümrüd meşələri, bulaqları ilə məşhur olub. 30 il bundan əvvəl Ermənistanın hərbi təcavüzü rayonun iqtisadiyyatına, mədəni həyatına, ən əsası isə insanların taleyinə cox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir. Erməni cinayətlərini sübut edən Ağdamın viran edilmiş taleyinə yenidən günəş doğub, bu yaralı torpağı şəfəqlər bürüyür, yenidən gələcəyə bir şəhər boylanır.

 

Ağdamın azad edilməsi çox yük tarixi hadisədir

Otuz il torpaqlarımızı işğal altında saxlayan, azərbaycanlıların mal-mülkünü, təbii sərvətlərimizi talançılıqla qarət edən, etnik nifrət zəminində dinc insanları qətlə yetirən düşmən Ermənistanı onun havadarlarını 44 gün ərzində döyüş meydanında məğlub etmək üçün Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi diplomatik mübarizəsini qəhrəman ordumuzun bölmələri savaş meydanında tarixi qələbə ilə başa çatdırdı. Bu şanlı zəfərə qədər isə dövlətimizin başçısı tərəfindən xalqımızın iradəsini arzusunu ifadə edən milli ideyanın həyata keçirilməsi üçün əməli fəaliyyətə başlanıldı. Milli ideyanın birinci mərhələsi işğal altındakı torpaqlarımıza qayıtmaqdan, ədaləti ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. Bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşdi, qram-qram, zərrə-zərrə özünü buna hazırladı, vətənpərvər ruha kökləndi, ordu quruculuğu, müasir hərbi texnikaların alınması, əsgər zabitlərimizin döyüş hazırlığının yüksəlməsi, peşəkarlığının artırılması istiqamətində qısa zaman kəsiyində nəhəng işlərə imza atıldı.

Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Fərəh hissilə qeyd edək ki, 20 il bundan əvvəl qarşıya qoyulan milli ideyanın hər iki mərhələsi uğurla, şərəflə, ləyaqətlə yerinə yetirilir. İşğaldan azad edilən şəhər kəndlərin hamısı xüsusi əhəmiyyət daşıyır, lakin Ağdamın azad edilməsi çox böyük tarixi hadisə oldu. Çünki düşmənin bu rayonu geri qaytarmaq fikri yox idi, ermənilər bu istiqamətdə çox güclü istehkamlar tikmiş, müdafiə xətləri qurmuş, bütün ərazini başdan-başa minalamışdı. Ermənilər Azərbaycan Ordusunun Ağdamdan hücum edəcəyini zənn edir, bütün texnika canlı qüvvəsini bura yönəltmişdi. 2020-ci ilin noyabr ayında Ağdamın xarabalıqları arasından bu barədə bütün dünyaya səslənən Prezident İlham Əliyev çox böyük qətiyyət inamla bildirdi ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990- illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri burada qalsın, başqa yerə getməsin. Sözə qüvvət üçün deyək ki, məğlub edilən, ordusu tarmar edilən, qanlı caynaqları bu yerlərdən qoparılan, qara niyyətlərinə sipər çəkilən Ermənistan məcbur oldu ki, kapitulyasiya aktına qol çəksin, Ağdamı, o cümlədən Laçın Kəlbəcəri geri qaytarsın. Düşməni boynubükük şəkildə, məzlum görkəmdə buna dünyada məşhurlaşan Dəmir Yumruq, güclü siyasi iradə, igid oğullarımızın şücaəti, xalqımızın birliyi məcbur etdi. Düşmənin məqsədli şəkildə dağıtdığı Ağdamın xarabalıqları bizi qədər ağrıtsa da torpaqlarımızın işğaldan azad edilməsi ağdamlılar üçün çox böyük təsəlli, sevinc, xoşbəxtlik deməkdir. Qalib Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun dəmir iradəsi qəhrəmanlığı sayəsində, çox şükür ki, 30 ildən sonra doğma torpağımıza qədəm qoyduq, yaralarına məlhəm qoyulan yurdun havasını uduruq, suyunu içirik, torpağının nemətlərindən dadırıq ən əsası isə ayaqlarımız öz əzəli torpaqlarımızın üstündədir, addımlarımız indi daha qətiyyətli güclüdür.

 

Yeni yollar bizi gələcəyə aparır

Dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi müzəffər ordumuzun bölmələrinin qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən "Qafqazın Xirosiması" adlandırılan Ağdam demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni müasir bir şəhər tikilir. Ermənilərin Qarabağda Şərqi Zəngəzurda törətdikləri vəhşilik, qəsbkarlıq, düşmənin barbarlığı qədər ağır faciəli olsa da biz bu yaşayış məntəqələrini yenidən quracağıq. Xilaskar qurucu Prezidentimizin təbirincə desək, buna heç bir şübhə yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir xalqımız əmindir ki, Azərbaycan dünyada ən uğurlu ölkələrdən biri olacaq. Bu böyük həqiqətə bütün dünya şahiddir. Günəşli gözəl bir yaz günündə 2020-ci ilin noyabrın 20-dək düşmənlə təmas xətti sayılan Evoğlu kəndindən keçib Ağdama gedirik. Həmin kəndin ərazisindən başlayan avtomobil yolunun yenidən qurulmasını böyük qürur sevinc hissləri ilə müşahidə edirik. Həqiqətən bu yol adi yol deyil - bu Böyük Qayıdış yoludur.

Qeyd edək ki, Ağdam rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində üç layihə icra olunur. Artıq Bərdə-Ağdam avtomobil yolunun inşası başa çatır. Ağdam-Füzuli Ağcabədi-Ağdam avtomobil yollarının tikintisi davam etdirilir. Daha bir əhəmiyyətli layihə - Bərdə-Ağdam dəmir yolu xəttinin inşasının icra edilməsidir. Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolunun ümumi ox üzrə uzunluğu 47,1 kilometrdir. Tikinti işlərinin 68 faizi icra edilib.

 

5 yaşayış məhəlləsi 12 kənd inşa edilir

Taleyinə "Ruhlar şəhəri", "Qafqazın Xirosiması" adı yazılan, düşmən tərəfindən yerlə bir edilən, şəhidlər yurdu Ağdam şəhərinin taleyi yenidən yazılır, Prezidentin tapşırığına uyğun olaraq, birləşdirilən kəndlərlə əhalinin artımı da nəzərə alınaraq şəhər 100 min nəfər əhalinin yaşaması üçün tikilir. 2021-ci ilin may ayında Ağdam şəhərinin Baş Planı təsdiq edilib, dövlətimizin başçısı yeni şəhərin təməlini qoyub dərhal sonra burada tikinti işlərinə başlanılıb. Qeyd edək ki, Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da bir qaynarlıq, yeni bir nəfəs gəlib. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yerlər indi geniş tikinti meydanına çevrilib. Çox keçməyəcək ki, bu yerlərə ayaq basanda işğalın ağır nəticələrini deyil, xarabalıqların yerində inşa edilmiş modern, tarixin daş səhifələrini yaşadan, yaraşıqlı bir şəhərin şahidi olacağıq. Mayın 2- möhtərəm Prezidentimiz birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfəri zamanı rəqəmsal idarəetmə mərkəzi təlim-tədris kompleksinin, Ağdam Muğam Mərkəzinin, inzibati binanın, şəhərdə salınacaq 2-ci 3- yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bu barədə ətraflı məlumat verən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Muğam Mərkəzi zirzəmi iki mərtəbədən ibarət olacaq. Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək. Ağdam şəhərində təməli qoyulan inzibati bina zirzəmi beş mərtəbədən ibarət olacaq. Binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetrdir. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın digər mərtəbələrində dövlət qurumlarının yerli bölmələri yerləşəcək.

Ağdam şəhərində 5 yaşayış məhəlləsinin 12 kəndin inşası nəzərdə tutulur. Mayın 2- təməli qoyulan 2-ci yaşayış məhəlləsi 14 hektara yaxın sahəni əhatə edir. Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş Planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında 1268 mənzil olacaq.

Ümumi sahəsi 17 hektara yaxın olan 3- yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq. Bütün binalar daimi su, elektrik yüksəksürətli internet ilə təmin ediləcək. İstilik isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Məhəllədəki binaların inşasında modern memarlıq üslubundan milli naxış elementlərindən istifadə olunur. Bir sözlə, ağdamlılar yeni müasir bir şəhərdə yaşayacaqlar. Həmsöhbət olduğum keçmiş məcburi köçkünlər bildirdilər ki, Ağdam taleyimizin, günlərimizin, gələcək xoşbəxt həyatımızın libaslı bir şəhəri olacaq, bu yerlər öz gözəlliyi ilə ruhumuza, arzularımıza ayna tutacaq.

Salman ALIOĞLU,

"Respublika".