Ağdam sakinlərinin daha bir qrupu uzun illərdən sonra doğma şəhərlərinə yenidən ayaq basıblar
Region

Ağdam sakinlərinin daha bir qrupu uzun illərdən sonra doğma şəhərlərinə yenidən ayaq basıblar

Sentyabrın 14-də Ağdam sakinlərinin daha bir qrupunun işğaldan azad olunmuş Ağdam şəhərinə “Yolumuz Ağdama” adlı növbəti səfəri təşkil edilib. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ağdamlıları doğma şəhərlərində salamlayıblar. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ağdam sakinləri sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

Qeyd edək ki, bu, Ağdam sakinlərinin doğma şəhərlərinə üçüncü səfəridir. Bundan əvvəl sentyabrın 5 və 12-də də “Yolumuz Ağdama” adlı səfərlər təşkil edilib.

AZƏRTAC