Ağdam zəngin yeraltı su ehtiyatlarına malikdir
Region

Ağdam zəngin yeraltı su ehtiyatlarına malikdir

Ağdamı ana təbiətin nadir incisi hesab etmək olar. Azsaylı  rayonlardandır  ki, həm dağları, təpələri, gen dərələri, yaylaqları, həm qora bişirən aranı olub. Buz kimi sərin bulaqları bu yerlərə mehman olanlara sərinlik, rahatlıq yüksək əhvali ruhiyyə bəxş edib. Təbiəti çox zəngin olub.

Doğulub boya-başa çatdığım, ata-babamın qəbri uyuyan kəndin çox gözəl məftunedici mənzərəsi var idi. Ağdam rayonunun ən ucqar dağ kəndi Əliağalı qədim tarixə malikdir. Kənd öz təbiəti ilə dünyada bənzəri olmayan, ilahinin bəxş elədiyi bir guşədə yerləşir. Kəndin ətrafındakı meşələrdən ilboyu çoxlu giləmeyvə meyvələr yığardıq. Kəndimizdə yaşı əsrlərlə ölçülən çinar ağacları var idi. Yalan olmasın, balaca bir kənd o çinarın kölgəsinə sığışardı. Həmin çinarları ermənilər yandıraraq yer üzündən siliblər. Təbiətin nadir incilərindən olan dağdağan ağacları kəndə xüsusi bir gözəllik verirdi. Dağdağan həm müqəddəs ağac hesab olunur. Ermənilər onları da vəhşiliklə məhv ediblər.

Doğma yurdum Ağdam rayonunun ərazisinin 77,3 faizi erməni faşizmi tərəfindən, sözün həqiqi mənasında, məhv edilib. Uzun illər işğal altında qalmış rayonun təbii sərvətləri Ermənistan onun havadarları tərəfindən  talan edilib. Relyefi əsasən düzənlik, qismən dağlıq olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. İşğaldan əvvəl rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su kanal kənarları, şəhərətrafı meşə sahələri mövcud olub. İşğalçı Ermənistan 30 ilə yaxın bir müddətdə həmin meşələri təbiət abidəsi kimi qorunan ağacları məhv edib. Təbiətimizə ölçüyəgəlməz dərəcədə ziyan vurublar.

Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyininİşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəzi işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması faktlarını aşkar edib. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən olan ağaclar doğranaraq Ermənistana aparılıb irigövdəli ağaclar qırılaraq məhv edilib.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub. Bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı digərləri var. Bu ağaclar çox qədimdir, 1400-1600 yaşı olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud idi. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi məlum olub.

Yuxarıda qeyd etdiyimiz bulaqların indi yalnız quru adı qalıb. Ermənilər həmin bulaqları da qurudublar, təbiətə qənim kəsiliblər, adi koldan, ağacdan belə qisas alıblar, faşist simalarını açıq-aydın nümayiş etdiriblər. İşğaldan əvvəl rayon ərazisində su iki mənbədən - yeraltı yerüstü sulardan formalaşıb. Rayonun yerüstü suları yalnız Xaçınçay Qarqarçaydan qidalana bilib. Düşmən həmin çayların ekoloji tarazlığını pozub, təbii su mənbələri qəsdən planlı şəkildə məhv edilib.

Mütəxəssislərin fikrincə, Xaçınçayın orta illik su sərfi saniyədə 1,7 kubmetr, Qarqarçayın isə 1,28 kubmetr təşkil edir. Bu da yaxın gələcəkdə 100 min əhalisi olacaq Ağdam şəhərinin su təminatına, həm suvarma sistemləri şəbəkəsinin qurulmasına kifayət etməyə bilər. Buna görə alternativ su mənbəyi kimi yeraltı sulardan istifadə diqqətdə saxlanılacaq.

Qeyd edək ki, Ağdam rayonu Qarabağ düzü yeraltı su yatağı zonasında yerləşir. Bu yatağın illik resursu 1,9 milyard kubmetr təşkil edir. Əgər bu sudan effektli istifadə edilərsə, onun istismar resursları Ağdam şəhərinin həm su ilə təchizatına, həm torpaq sahələrinin suvarılması üçün yetərli ola bilər. Bunun üçün Ağdam şəhərinin su ilə təminatında yeraltı artezian quyularının istifadəsi nəzərdə tutulub. Çünki bu sular davamlı, dinamik, eyni zamanda, təhlükəsiz sayılır.

AzərsuASC-dən verilən məlumata görə, Ağdam şəhərinin su ilə təchiz edilməsində ümumi su resursu saniyədə 40 kubmetr olan iki sugötürücüdən istifadə ediləcək. Artıq bu istiqamətdə kəşfiyyat quyularının qazılmasına başlanılıb, yəni Ağdam şəhərinin su ilə təchiz edilməsi üçün resursların kəşfiyyatı qiymətləndirilməsi mərhələsi gedir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ağdam rayonunda hələ 1990- illərə qədər qazılmış 752-dən artıq quyu mövcuddur ki, bu quyuların bir qisminin texniki vəziyyəti korlansa da, onların bərpası istismara qaytarılması məsələsi var. Enerji sərfiyyatının azaldılması məqsədilə alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə yolu ilə artezian quyularının istismarı nəzərdə tutulur.

Çinar kimi oğullar düşməni məhv edərək torpaqlarımıza üçrəngli bayrağımızı sancıblar. İşğaldan azad olunmasından  heç 8 ay keçməmiş, Ağdamda bərpa yenidənqurma işlərinə başlanılıb, “Ağıllı şəhərlayihəsi uğurla həyata keçirilir. 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qürurumuzu, itirilən torpaqlarımızı, inamımızı arzularımızı bizə bəxş edib. Azad edilən torpaqlarda çox böyük layihələr həyata keçirilir. İnanırıq ki, Ağdam insan əllərinin qüdrəti ilə öz nadir gözəlliyinə qovuşacaq.

Salman ALIOĞLU,

Respublika”.