Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq
Digər xəbərlər

Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma bərpa işləri, tikinti-söküntü tullantılarının miqdarı təkrar emal imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi təkrar emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, bu təcrübədən istifadə edərək işğaldan azad olunmuş digər ərazilərdə analoji fəaliyyətin planlaşdırılması qərara alınıb.

Qeyd edək ki, Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə qiymətləndirmə səfəri həyata keçirilib. Ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması üçün Şuşa şəhəri Ağdam rayonu ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.