Ağdamda minatəmizləmə fəaliyyəti ilə bağlı II beynəlxalq konfrans
Digər xəbərlər

Ağdamda minatəmizləmə fəaliyyəti ilə bağlı II beynəlxalq konfrans

Mayın 25- Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycana həsr edilmiş bir ömür" adlı film nümayiş edilib.

Konfrans mina partlayışı nəticəsində zərərçəkmiş şəxsin minaaxtaranın müraciəti ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq azad olunmuş ərazilərin bərpası yenidən qurulması, dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. O, azad edilmiş ərazilərin bərpasında Azərbaycanın üzləşdiyi ən mühüm problemlərdən birinin mina digər partlayıcı maddələr olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, keçirilən konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır. O, eyni zamanda, humanitar minatəmizləmənin Davamlı İnkişaf Məqsədləri üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva çıxışında Azərbaycan da daxil olmaqla, minadan əziyyət çəkən ölkələr üçün ərazilərin minalardan təmizlənməsinin dayanıqlı inkişaf sülhə nail olmaq üçün ilkin şərt olduğunu söyləyib. O qeyd edib ki, 2020-ci il münaqişəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dollar ayırıb.

Ağdamda keçirilən konfransın ilk sessiyasında münaqişədən zərər çəkmiş bölgələrdə infrastrukturun təhlükəsiz bərpası, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması, regionda davamlı sülhün bərqərar olması, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa bağlılığı ətrafında müzakirələr aparılıb.

Konfrans çərçivəsində, həmçinin Ulu Öndər Heydər Əliyevin həyat yaradıcılığını, xidməti fəaliyyətini əks etdirən sərgi təşkil olunub.

Cari ilin aprelin 28- Tərtərin Tapqaraqoyunlu istiqamətində ərazilərin dronlar vasitəsilə tədqiqatını həyata keçirən subpodratçı təşkilatın əməkdaşlarının minaya düşərək həyatlarını itirdikləri nəqliyyat vasitəsi nümayiş olunub.

Səfər çərçivəsində Ağdamda qonaqlar Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında bərpa-quruculuq planları ilə tanış olub, eləcə mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyiblər.

Nümayəndə heyəti, həmçinin ANAMA-nın fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər edib. Qonaqlara icra olunan humanitar minatəmizləmə əməliyyatları haqda məlumat verilib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsi nümayiş edilib.

Qeyd edək ki, ANAMA BMT-nin birgə təşkilatçılığı ilə reallaşan konfransın əsas məqsədi ölkəmizin üzləşdiyi mina probleminin miqyası törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli qlobal Dayanıqlı İnkişaf Məqsədinin təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq dəstəyin gücləndirilməsini hədəfləyir.

Konfransda 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxs - sabiq dövlət hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər.

Konfransın ikinci günü mayın 26-da Bakıda təşkil olunacaq.

Xatırladaq ki, konfrans ötən ilin 30 mart - 1 aprel tarixlərində "Humanitar Minatəmizləmə Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda keçirilmiş beynəlxalq konfransın davamıdır.