AĞDAŞ: BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Region

AĞDAŞ: BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində kənd bələdiyyələrinin fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş şöbəsinin müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev və rayonun kənd bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün əlverişli və münbit şərait yaratmışdır. Qəbul edilən qanunvericilik aktlarında, Dövlət proqramlarında, kənd təsərrüfatı məhsullarının istehsalına dair tədbirlərin həyata keçirilməsində yerli bələdiyyələrin iştirakı ilə bağlı tədbirlər də öz əksini tapmışdır. Diskussiya şəraitində keçirilən tədbirdə iştirakçıların qanunvericiliklə bağlı sualları ətraflı cavablandırılıb.

Zabit XƏLİLOV,

"Respublika".