Ağstafada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı
Region

Ağstafada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı

Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ağstafa Rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və "Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda RİH-in məsul işçiləri, şəhidlərmizin və qazilərimizin övladları, ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, körpələr evi-uşaq bağçalarının kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül-çiçək dəstələri düzülüb, Dahi Rəhbərin əziz xatirəsi sonsuz sevgi ilə yad edilib.

Festivalda çıxış edən icra başçısı Seymur Orucov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Festival uşaqların təqdimatında Ulu Öndərə və Vətənə həsr olunmuş şeir və mahnılardan, milli rəqslərdən, rəngarəng əyləncəli kompozisiyalardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.

Vəli VƏLİYEV,

“Respublika”