Aİ-nin komissarı: Bizim Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacımız var
Siyasət

Aİ-nin komissarı: Bizim Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacımız var

Dünyada qaz problemi mövcuddur və bizim Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacımız var. Avropa İttifaqı Azərbaycana etibar edir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi fevralın 4-də xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Komissar diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi karbon emissiyasını 35 faiz azalda bilməyə imkan verir.

Ötən ilin iyulunda qəbul edilən İqtisadi və İnvestisiya Planı Azərbaycana əhəmiyyətli dərəcədə investisiya yatırmağa imkan verəcək. Biz davamlı, "yaşıl" artıma töhfə verə bilirik. Plan artıq icra olunur və ötən il kənd təsərrüfatı sahəsinə 12 milyon avro kredit verilib.

"Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün nəyin faydalı olacağını düşünürük. Avropa maliyyə məsələsində vasitəçi rolu oynaya bilər".

AZƏRTAC