Aira Kalela: Qlobal Bakı Forumu ən geniş yayılmış qlobal tədbirdir
MÜSAHİBƏLƏR

Aira Kalela: Qlobal Bakı Forumu ən geniş yayılmış qlobal tədbirdir

IX Qlobal Bakı Forumu mənə xoş təsir bağışladı. Düşünürəm ki, bu Forum ən geniş yayılmış qlobal tədbirdir.

Bu sözləri "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçısı, Finlandiya Prezidentinin sabiq baş məsləhətçisi Aira Kalela AZƏRTAC-a müsahibəsində söyləyib.

O, Qlobal Bakı Forumunda bir sıra vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

"Bakıya ilk dəfə 2013-cü ildə gəlmişəm. O zamandan bəri hər il Bakıya səfər edirəm. Forumda iştirak edənlər yüksəkvəzifəli dövlət rəsmilərdir. Çox şanslıyam ki, keçirilən bütün Qlobal Bakı Forumlarının hər birində iştirak etmə imkanım olub", - deyə A.Kalela qeyd edib.

AZƏRTAC