AKİA ilə Mediasiya Şurası arasında əməkdaşlıq
İQTİSADİYYAT

AKİA ilə Mediasiya Şurası arasında əməkdaşlıq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə çıxış edən AKİA-nın sədri Seymur Mövlayev və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qurumlar arasında imzalanan sənədin əhəmiyyətini vurğulayıblar.

Nazirliyin   mətbuat   xidməti   bildirir   ki,  bu sənəd tərəflərin öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlığı, fəaliyyətlərin koordinasiyasını nəzərdə tutur.

İki qurum arasında əldə olunan razılığa əsasən agentliyin fəaliyyət istiqamətləri üzrə tərəfdaşlar arasında yaranmış mübahisələrin uğurlu həlli və nəticəyönümlü olması, potensial mübahisə tərəflərinin maarifləndirilməsi məqsədilə davamlı birgə layihələr reallaşdırılacaq. Həmçinin, bu əməkdaşlıq mübahisələrin mediasiya yolu ilə həllinin təşviq edilməsinə, cəmiyyət üçün aktual olan məsələlərin birgə müzakirəsi və həll edilməsi istiqamətində korporativ sosial məsuliyyətin formalaşmasına şərait yaradacaq.

Nəriman  CAVADOV,

“Respublika”.