Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert
Diaspora

Aktauda Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert

Qazaxıstanın Aktau şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Aktaudakı Baş konsulluğunun, “Dostluq” Azərbaycan Etnoomədəni Birliyinin və “Azərbaycan Mərkəzi” İctimai Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli hakimiyyətin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.   Bu barədə qurumun mətbuat xidmətindən bildirilir.

Konsert öncəsi Mangistau vilayətinin akimi Nurlan Noqayev və Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elçin Məmmədov çıxış edərək, xalqımızın ümummilli liderinin Azərbaycanın müstəqilliyinin bərpası, möhkəmləndirilməsi, ölkəmizin dinamik inkişafı, iki dövlət arasında ikitərəfli münasibətlərin gücləndirilməsi naminə həyata keçirdiyi əvəzsiz və misilsiz xidmətləri diqqətə çatdırıblar. Qeyd ediblər ki, hər bir xalqın, ölkənin, etnik qrupun, bütün bəşəriyyətin tarixdə şərəfli yer tutan şəxsiyyətləri vardır. Bunlar silinməz iz qoyan nadir şəxsiyyətlərdir. Heydər Əliyev Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə əvəzsiz töhfə verib.

“Respublika”.