Ali Radanın deputatı: Son 30 ildə Ukrayna və Azərbaycan böhranlı vəziyyətlərdən qələbə ilə çıxıb
MÜSAHİBƏLƏR

Ali Radanın deputatı: Son 30 ildə Ukrayna və Azərbaycan böhranlı vəziyyətlərdən qələbə ilə çıxıb

Ukraynanın müstəqilliyinin bərpasından 30 il ötür. Sevindirici haldır ki, biz Azərbaycan Respublikası ilə ötən müddətdə müstəqilliyimizi şüurlu şəkildə çiyin-çiyinə keçirmişik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi barədə sualı cavablandırarkən söyləyib.

Deputat bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri çox hadisələr yaşanıb, ölkələrimiz çox itkilər verib, lakin böhranlı vəziyyətlərdən qələbə ilə çıxıblar. Bu sözləri həm Ukraynaya, həm də Azərbaycana aid etmək olar.

"Tariximiz bizim nə qədər ortaq cəhətlərə malik olduğumuzu əyani şəkildə nümayiş etdirir. Bunlar iqtisadi istəklər və daxili inkişafın vektoru, geosiyasi mövqe və öz suverenliyimiz uğrunda mübarizədir", - deyə Yuriy Kamelçuk əlavə edib.

Onun sözlərinə görə, rəsmi Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələr regionda sabitliyin qorunmasına xidmət edir.

AZƏRTAC