Allan Mustard: Qlobal Bakı Forumu dövrün aktual məsələləri haqqında ətraflı fikir mübadiləsi aparmağa şərait yaradır
MÜSAHİBƏLƏR

Allan Mustard: Qlobal Bakı Forumu dövrün aktual məsələləri haqqında ətraflı fikir mübadiləsi aparmağa şərait yaradır

IX Qlobal Bakı Forumu dövrün aktual məsələləri haqqında ətraflı fikir mübadiləsi aparmağa şərait yaradır.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel iclasda iştirak edən ABŞ-ın Türkmənistandakı sabiq səfiri Allan Mustard AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

"Çıxışları diqqətlə dinləyirəm. Fərqli siyasi görüşləri olan insanların dünyanı narahat edən məsələlərin həlli yolları barədə müzakirələr aparması sevindirici haldır. Müzakirə olunan məsələlər insan hüquqlarının qorunması şərti ilə aparılır və bundan sonra bu məsələlərin həlləri üçün uğurlu addımlar atılacağını düşünürəm", - deyə Allan Mustard əlavə edib.

AZƏRTAC