Altı ay ərzində Azərbaycanda 56 mindən çox körpə doğulub
Sosial həyat

Altı ay ərzində Azərbaycanda 56 mindən çox körpə doğulub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 56 min 63 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.

İlin birinci yarısında ölkədə 37 min 47 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil edib.

AZƏRTAC