AMEA Neft və Qaz İnstitutu 2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir
Reklam və elanlar

AMEA Neft və Qaz İnstitutu 2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

AMEA Neft və Qaz İnstitutu 2021-ci il üçün doktoranturaya və dissertanturaya 5 ixtisas üzrə qəbul elan edir:

Fəlsəfə doktoru hazırlığı üzrə:

2521.01 - “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə - 2 yer;

2523.01 - “Quyuların qazılması texnologiyası” ixtisası üzrə - 1 yer;

2525.01 - “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə - 1 yer;

2526.01 - “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası” ixtisası üzrə - 1 yer;

2508.01 - “Geoekologiya” ixtisası üzrə - 1 yer.

Elmlər doktoru hazırlığı üzrə:

2521.01 - “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə - 1 yer.

Sənədlər 5 iyul 2021-ci il tarixindən 20 avqust 2021-ci il tarixinədək AMEA Neft və Qaz İnstitutunda, Bakı şəh., F.Əmirov 9 ünvanda qəbul edilir. Tel.: (012) 493-67-51.