AMEA-nın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı davam edir
Digər xəbərlər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm və Texnologiya Parkı" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid hissədə məhkəməyə göndərilib. Digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinin sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidməti tərəfindən məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bundan başqa, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı hazırda davam etdirilir.

AZƏRTAC