Amnistiya aktının tətbiqi nəticəsində 7529 nəfər cəzalardan azad edilib, 1728 məhkumun cəza müddəti azaldılıb
Digər xəbərlər

Amnistiya aktının tətbiqi nəticəsində 7529 nəfər cəzalardan azad edilib, 1728 məhkumun cəza müddəti azaldılıb

"8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2021-ci il 5 noyabr tarixli Qərarı Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən yanvarın 18-dək 9263 nəfərə tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

A.Sabitova bildirib ki, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəza müddəti azaldılıb.

AZƏRTAC