Sosial həyat

"Ana, hazır ol, gələndə elçi gedəcəyik..."

Vətən müharibəsi şəhidi Vahid Sahib oğlu Abbasov 10 noyabr 1994- ildə Şəki şəhərində dünyaya göz açıb. Sonradan Vahid ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonuna köçmüşlər. 2011-ci ildə 47 nömrəli tam orta məktəbi bitirərək əmək fəaliyyətinə başlayır. 2015-2017-ci illərdə Murov dağında həqiqi hərbi xidmətdə olur. Hərbi xidmət zamanı 2 erməni kəşfiyyatçısını ələ keçirərək hərbi hissənin rəhbərliyinə təhvil vermiş xüsusi təşəkkürnamə ilə təltif edilmişdi. Vahid həm 2016- il Aprel döyüşlərinin iştirakçısı olmuşdu.

2020-ci il sentyabr ayında könüllü olaraq Vətən müharibəsinə yollanan Vahid Abbasov Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi bacarığı şücaəti ilə fərqlənmişdi. Müharibə zamanı çoxsaylı erməni canlı qüvvəsini texnikasını məhv etmişdi.

21 oktyabr 2020-ci ildə hərbi hissəyə atılan ağır artilleriya atəşi nəticəsində başından ağır yaralanaraq, şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 24- Binəqədi qəsəbə qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vahid Abbasov ölümündən sonra "Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidin atası Sahib Abbasov: "Vahid Tovuz hadisələrindən çox sarsılmışdı. Könüllü olaraq yazılmış, müharibə başlayanda döyüşlərə qatılmışdı. Hər telefon danışığında "özünüzü qoruyun",- deyərdi. Gündüz anasıyla danışmışdı, axşama xəbər gəldi ki, Cəbrayıl uğrunda döyüşdə şəhid olub. Vahid Vətənə bağlı gənc idi. Ailəmizə hər zaman dayaq durmuşdu. Oğlum mənim belimi bükük qoysa da, başımı uca elədi".

Anası Natella Abbasovanın xatirələri: "Vahidin hamı ilə münasibəti xoş idi. Son dəfə oktyabrın 20- telefon danışığımız oldu. Həmin gün özümü çox pis hiss edirdim. Özümə heç cür yer tapa bilmirdim. Fikrim bütün günü onun yanında idi. Atası ilə danışanda: "Özünüzdən müğayat olun, hər şey yaxşıdır",- deyirdi. İstədiyi qız var idi. Mənə dedi ki: "Ana, hazır ol, gələndə elçi gedəcəyik". Vahiddən mənə bir qolbağı xatirə qalıb. Onu mənə verən gündən qolumdan çıxartmıram".

Vətən müharibəsi qazisi Elnur Məmmədov deyir ki, Ordumuzda döyüş əhvali-ruhiyyəsi çox yüksək idi. Əsgərlər arasında həmrəylik, birlik, qardaşlıq hökm sürürdü. Ömründə üz-üzə gəlməyən, bir-birini tanımayan döyüşçülər arasında çox isti münasibət var idi. Əsgərlər bir-biriləri üçün özlərini ölümə atırdılar. Döyüş meydanında yaralanan yoldaşlarını çıxarmaq üçün öz həyatını təhlükə altında qoyaraq böyük fədakarlıq göstərirdilər. Mən yaralananda döyüş yoldaşım Vahid Abbasov ölümü gözünə alaraq bizi atəş altından çıxardı. Hospitala yerləşəndən sonra xəbər tutdum ki, o, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Belə qəhrəman, fədakar döyüşçünü necə unudasan? Allah ona bu yolda canını fəda edən bütün şəhidlərə rəhmət etsin.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub hər zaman minnətdarlıqla anılacaqdır.

Müşfiq MİRZƏ,

"Respublika".