Anadolu Agentliyi Azərbaycan  Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videomaterial yayıb
Digər xəbərlər

Anadolu Agentliyi Azərbaycan  Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videomaterial yayıb

Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videomaterial yayıb.

AZƏRTAC xəbər verir ki, videomaterialda dövlətimizin başçısı İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı barədə türkdilli ictimaiyyətə məlumat çatdırılır. Bölgənin füsunkar gözəlliyi, Prezident İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb.

AZƏRTAC