Anadolu Agentliyinin əməkdaşı: Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər
MÜSAHİBƏLƏR

Anadolu Agentliyinin əməkdaşı: Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər

Azərbaycana ilk dəfədir gəlirəm. Bu gün işğaldan azad olunmuş ərazilərə səfər etdik. Bu yerlər erməni vandalları tərəfindən viran qoyulub, dağıdılıb. Ermənilər məzarları qazaraq meyitləri çıxarıblar, onların qızıl dişlərini götürüblər.

Bu sözləri AZƏRTACn bölgə müxbirinə açıqlamasında işğaldan azad olunmuş Cəbrayıla səfər edən Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Burcu Çalık Göçümlü söyləyib.

Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər. Ümid edirəm ki, buralar yenidən canlanacaq və azərbaycanlıların öz yurdlarında xoşbəxt yaşadıqlarının şahidi olacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli və Cəbrayıl rayonlarında səfərdə olublar. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

AZƏRTAC