“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb
Digər xəbərlər

“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlim iyulun 3-dək davam edəcək.

AZƏRTAC