ANAMA əməliyyatlara cəlb edilən MAİ-lərin sayını artırır
Digər xəbərlər

ANAMA əməliyyatlara cəlb edilən MAİ-lərin sayını artırır

İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir. Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda  və Şərqi Zəngəzurda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

“Respublika”.