ANAMA mina təhlükəsinə dair tədbirlər həyata keçirən qurumlara çağırış ünvanlayıb
Digər xəbərlər

ANAMA mina təhlükəsinə dair tədbirlər həyata keçirən qurumlara çağırış ünvanlayıb

Müharibə başa çatsa da, yerin altına basdırılan gizli düşmənlər - minalar hələ də can almaqda davam edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları “2025-ci ildə minasız dünya” arzusu ilə vahid platforma ətrafında bir araya gəliblər.

Ramil Əzizov Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıb.

Tədbir iştirakçıları humanitar minatəmizləmə mövzusunda müzakirələr aparıblar. Mina hadisəsi qurbanlarının ehtiyaclarının qarşılanması, onların iş yerləri ilə təmin edilməsi, ölkədaxili və xaricdə müalicəsi, həmçinin mina partlayışı nəticəsində həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan müxtəlif reabilitasiya proqramları haqqında fikir mübadiləsi aparılıb.

AZƏRTAC