ANAMA:  Ötən həftə 157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Digər xəbərlər

ANAMA:  Ötən həftə 157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 15-dən 20-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 112 mina və 88 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC