ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 357 partlamamış hərbi sursat zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 357 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 485 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC