ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 240 mina aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 240 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 731 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC