“Anatolian Phoenix-2022
Digər xəbərlər

“Anatolian Phoenix-2022" beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2022" beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və ssenariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edib.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

AZƏRTAC