“Anatolian Phoenix-2022
Digər xəbərlər

“Anatolian Phoenix-2022" təliminin ərazisinə baxış keçirilib

"Anatolian Phoenix-2022" beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib. Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

AZƏRTAC