Andına sədaqətli mərd oğullar   
Region

Andına sədaqətli mərd oğullar   

Doğma  vətənimizin  bütövlüyü  uğrunda   44  gün   davam  edən Vətən müharibəsi milli  həmrəyliyimizin  rəmzinə  çevrildi,  qürur  mənbəyimiz  kimi  şanlı  tariximizə  əbədi  həkk  olundu.  Bu  müharibədə  rəşadətlə  döyüşən,  düşmənə  göz  açmağa  imkan  verməyən  Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti  isə  öz  mübarizliyi  ilə  yenilməzlik  simvoluna  çevrildi. Vətən övladları  igidliyin,  cəsarətin,  qorxmazlığın  nümunəsini  yaratdı.

Vətən  müharibəsində qəhrəmancasına şəhid olmuş  Salahov  Sabir Hikmət oğlunun və Quliyev Kamran Dadaş oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar  mərasim keçirilib.  Mərasimdə Salyan  Rayon İcra Hakimiyyətinin  başçısı  Sevindik  Hətəmov, Milli  Məclisin sədr  müavini  Adil  Əliyev, Milli Məclisin deputatı  Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının  rəhbərləri  və ictimaiyyət  nümayəndələri  iştirak etdilər.   Mərasim  iştirakçıları əvvəlcə ümummilli lider Heydər  Əliyevin  abidəsini  ziyarət  edib,  önünə gül-çiçək dəstələri  düzdülər.  Sonra   vətənimizin  ərazi  bütövlüyü  uğrunda  canından keçmiş şəhidlərimizin məzarları ziyarət edilib, önünə gül dəstələri  düzülərək  xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxundu.  Anım mərasimləri şəhidlərin  doğulub  boya-başa  çatdığı ata ocağında davam etdirilib.

Azərbaycan  Prezidenti  İlham  Əliyevin müvafiq sərəncamları ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş məliyyatlarında  iştirakına, hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi igidlik və sucaət  nümayiş  etdirdiyinə  görə  Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Quliyev Kamran “Vətən uğrunda” və “Füzulinin azad olunmasına  görə” medalları ilə təltif edilmişlər.

Ərəstun ABDULOV,

“Respublika”.