Aprelin 22-də Azərbaycanda COVID-19 əleyhinə 5 min dozaya yaxın vaksin vurulub
Səhiyyə

Aprelin 22-də Azərbaycanda COVID-19 əleyhinə 5 min dozaya yaxın vaksin vurulub

Aprelin 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 811 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 477, ikinci doza vaksinlərin sayı 267, üç və daha çox doza vaksinlərin sayı 3 min 779, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 288-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 619 min 356, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 336 min 706, ikinci mərhələ üzrə 4 milyon 837 min 999, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 206 min 660, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 237 min 991-dir.

AZƏRTAC