Aprelin 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 363 doza vaksin vurulub
Səhiyyə

Aprelin 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 363 doza vaksin vurulub

Aprelin 23-də Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 478, ikinci doza vaksinlərin sayı - 230, üç və daha çox doza vaksinlərin sayı - 3 min 346, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 309-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 623 min 719, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 337 min 184, ikinci mərhələ üzrə 4 milyon 838 min 229, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 210 min 6, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 238 min 300-dür.

AZƏRTAC