Aprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 434 doza vaksin vurulub
Səhiyyə

Aprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 434 doza vaksin vurulub

Aprelin 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 434 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 246, ikinci doza vaksinlərin sayı 138, üç və daha çox doza vaksinlərin sayı 34, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 959 min 861, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 335, ikinci mərhələ üzrə 4 milyon 880 min 719, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 675, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 132-dir.                                                      

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 762 nəfər müalicə olunaraq sağalıb, 10 min 233 nəfər vəfat edib. Aktiv xəstə sayı 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1585, indiyə qədər isə ümumilikdə 7 milyon 585 min 820 test icra olunub.