Aprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 5 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 5 min dozadan çox vaksin vurulub

Aprelin 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 150 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 695, ikinci doza vaksinlərin sayı - 377, üç və daha çox doza vaksinlərin sayı - 3 min 724, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 354-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 632 min 746, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 338 min 299, ikinci mərhələ üzrə 4 milyon 838 min 834, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 216 min 688, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 238 min 925-dir.

AZƏRTAC