AQRAR SAHƏNİN MÜASİR ÜSULLARLA İDARƏ OLUNMASI BOL MƏHSULA ZƏMİN YARADIR
Region

AQRAR SAHƏNİN MÜASİR ÜSULLARLA İDARƏ OLUNMASI BOL MƏHSULA ZƏMİN YARADIR

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı təmin olunmuşdur. Əhalinin ərzaq təminatının ödənilməsi daim diqqətdə saxlanılır.

Aqrar sahədə aparılan məqsədyönlü islahatlar yüksək məhsuldarlığın əldə olunmasına stimul verir. Hazırda əkinəyararlı torpaqlardan maksimum dərəcədə istifadə olunur. Eyni zamanda, əkinəyararlı hesab olunan, illər uzunu əkin dövriyyəsindən kənarda qalan torpaqlarda meliorativ tədbirlərlə əkin-biçin aparılmaqla inanılmaz məhsuldarlığa nail olunur. Bunun üçün dövlət başçısının müvafiq sərəncamları ilə hazırda işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları da daxil olmaqla, bölgələrdə müxtəlif profilli aqroparkların yaradılması davam etdirilir. Həmçinin, respublikamızda sahibkarlığa yaradılan münbit şərait nəticəsində özəl sektorlar kənd təsərrüfatı sahəsinin stimullaşdırılmasını, eləcə innovativ metodlarla idarə olunmasını təmin edir.

Şəmkir rayonunun Ceyrançöl massivində yaradılmış belə bir nümunəvi təsərrüfatın vəziyyəti ilə tanış olmaq üçün bölgəyə yollandıq. Əvvəllər səhralığı xatırladan boz torpaqlardan əsər-əlamət qalmamışdır. Hər tərəfə sanki yaşıl xalı sərilmişdir. "Azər Şəkər" MMC-nin kənd təsərrüfatı üzrə direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli ilə söhbət zamanı bildirdi ki, adıçəkilən müəssisə 2017-ci ildə yaradılmış, respublikanın bir neçə rayonunda əkin-biçin aparmaqla müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirir.

Şirkət inkişaf etmiş ölkələrin istehsalı olan son texnologiyalardan istifadə etməklə əkinçilik, heyvandarlıq, bağçılıq kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyətini davam etdirir. Hazırda Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında kənd təsərrüfatı məhsulları yetişdirməklə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

2019-cu ildən etibarən şirkət nəzdində müasir standartlara cavab verən "Aqrolab" kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərir. 2021-ci ildən "Azər Şəkər" MMC "Aqrobay Seracılık" şirkətlərinin müştərək heyvandarlıq əkinçilik aqroparkı olan "Dastan Aqro"nun əsası qoyulub.

Müsahibim qeyd etdi ki, şirkətin yaranma tarixi yaxın keçmişə təsadüf etsə , əldə olunan nailiyyətlər sevindiricidir. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, ilk dəfə olaraq ekoloji təmiz pivə istehsal etmək üçün arpa yetişdirilməsinə start verilmişdir.

Təsərrüfatda 6,1 kilometr elektrik xətləri çəkilmiş, 16 min kilovoltluq yarımstansiya tikilmiş, 40 kilovoltluq 3 ədəd 1000 kilovoltluq transformatorlar quraşdırılmış, 15,3 kilometr uzunluğunda su xətti çəkilmiş, 65, 250, 500 min kubmetr tutumları olan su anbarları inşa olunmuşdur. Su itkisinin qarşısını almaq keyfiyyətli suvarmanı həyata keçirmək üçün müasir suvarma üsulundan istifadə olunur. 758,6 hektar sahənin suvarılması PİVOT vasitəsilə aparılır. Eyni zamanda, 40 hektar damcılama, 17,2 hektar sahədə isə sprinler suvarma sistemindən istifadə olunur. Nəticədə yüksək məhsuldarlığa nail olunur.

Ötən təsərrüfat ilində 161 hektar şəkər çuğunduru, 156 hektar qarğıdalı (dənlik), 130 hektar buğda, 169 hektar soya əkilən sahələrə yüksək aqrotexniki qulluq göstərilmişdir. 772,65 ton buğda, 851,4 ton arpa, 161 hektar şəkər çuğunduru sahəsindən 1326 ton məhsul, 169 hektar soya sahəsinin hər hektarından 2,5 ton məhsul, 105 hektar qarğıdalı sahəsinin hər hektarından 7 ton yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur.

Cari ilin məhsulu üçün 421 hektar şəkər çuğunduru, 330 hektar buğda, 342 hektar arpa, 268 hektar qarğıdalı, 88 hektar soya sahəsinə yüksək aqrotexniki qulluq göstərilir. Təkrar əkin aparılmaqla 342 hektar qarğıdalı əkini nəzərdə tutulmuşdur.

Qeyd etdiyimiz kimi, müəssisə müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur. Burada istifadə olunan "Mzuri" texnikası 4 prosesi eyni vaxtda yerinə yetirir. Dərin yumşaltma, dərinliyə gübrə təminatı, çeşidli toxumların səpini çarxla üstünü torpaqla basdırılmasını eyni zamanda aparır. Bundan başqa, müəssisəyə məxsus "Ropa Maus" kənd təsərrüfatı texnikası 1 saatda 400 ton məhsul toplamaq gücünə malikdir.

Bölgələrdə yaradılan müasir üsullarla idarə olunan kənd təsərrüfatı müəssisələri ərzaq bolluğuna zəmin yaratmaqla yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda "Azər Şəkər" MMC-nin Şəmkir təsərrüfatında 86 nəfər daimi işlə təmin olunmuşdur. Bununla yanaşı, 50 nəfər mövsümi işlərə cəlb olunur.

Vəli VƏLİYEV,

"Respublika".