Argentina Senatının üzvləri postmünaqişə dövründə Cənubi Qafqazda yaranmış siyasi reallıqlar barədə məlumatlandırılıb
Digər xəbərlər

Argentina Senatının üzvləri postmünaqişə dövründə Cənubi Qafqazda yaranmış siyasi reallıqlar barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bununla da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.

AZƏRTAC