“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran Azərbaycan heyəti Bakıya qayıdıb
Digər xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran Azərbaycan heyəti Bakıya qayıdıb

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan artilleriyaçıları sentyabrın 4-də Bakıya qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdikləri müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olublar.

AZƏRTAC