Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
Digər xəbərlər

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandaları iştirak edir.

AZƏRTAC