Artilleriyaçılarımız Qazaxıstana səfər edib
Digər xəbərlər

Artilleriyaçılarımız Qazaxıstana səfər edib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində "Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.

AZƏRTAC