Atanın döyüş ordeni oğulun sinəsini bəzəyir
Region

Atanın döyüş ordeni oğulun sinəsini bəzəyir

Şəhid ailələri ziyarət olunur, qazilərlə görüşlər keçirilir, qayğıya, köməyə ehtiyacı olanın ehtiyacı ödənilir, bu təbəqədən olan insanlar hər cür dövlət dəstəyi ilə əhatə olunurlar. Kürdəmir rayonunda şəhid ailələri ilə görüşlər ənənə halını almışdır.

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi polkovnik Rahim Mustafayev Kürdəmir rayonunun Qarabucaq kəndindən olan şəhid Zahir Mehdiyevin, Mürtülü kəndindən olan şəhid Xaqani Məmmədovun və Sığırlı kəndindən olan şəhid Feyruz Tarverdiyevin ailələrini ziyarət etdilər. Görüşdə ailələri maraqlandıran suallar cavablandırıldı, onların qayğılarının həlli istiqamətində tədbirlər görüldü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri şəhid ailələrinə təqdim olundu.

Tofiq HÜSEYN,

"Respublika".