ATƏT-in baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Digər xəbərlər

ATƏT-in baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

ATƏT-in baş katibi Helqa Maria Şmid Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə H.M.Şmid öz tviter hesabında bildirib. O, silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.