ATƏT-in iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələ qaldırılıb
Digər xəbərlər

ATƏT-in iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələ qaldırılıb

ATƏT-in Daimi Şurasının fevralın 2-də keçirilən iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələ qaldırılıb.

AZƏRTAC xəbər verir ki, 52 nümayəndə heyəti iclasda bu hücumu pisləyib, həlak olanların ailələrinə başsağlığı verib və hadisəni təcili araşdırmağa çağırıblar.

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli sosial media hesablarında bu barədə paylaşımında həmin nümayəndə heyətlərinə təşəkkür edib.