Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub
Səhiyyə

Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub

Avqustun 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1829 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 297, ikinci doza vaksinlərin sayı 121, üç və daha çox doza vaksinlərin sayı 1164, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 247-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 832 min 547, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 369 min 91, ikinci mərhələ üzrə 4 milyon 859 min 79, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 348 min 27, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 256 min 350-dir.

AZƏRTAC